Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Azərbaycan hara addımlayır?

Azərbaycan hara addımlayır?
   65 dəfə oxunub

 

 

Rusiyanın nüfuzlu “Trud” qəzetinin 13 fevral nömrəsində “Azərbaycan hara addımlayır” sərlövhəli məqalə dərc edilib.

ATV.az  AZƏRTAC-a istinadən məqaləni təqdim edir.

Bu günlərdə Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Rusiya Dövlət Dumasında azərbaycanlı həmkarları qəbul ediblər. Rusiyalı deputatlar öz qonşuları barədə danışarkən respublikanın uğurlarını xüsusi qeyd ediblər: 2017-ci ilin yekunlarına əsasən bu respublika MDB məkanında ən dinamik inkişaf edən ölkə hesab olunub.

“Azərbaycan iri addımlarla irəliləyir!”. Bu qanadlı ifadəni Sov.İKP MK-nın Baş katibi Leonid Brejnev 1982-ci ildə Bakıya səfəri zamanı respublikaya Lenin ordenini təqdim edərkən işlədib. Həmin ilin sentyabr səfəri Baş katib üçün sonuncu oldu, bu sözlər isə sən demə, böyük uzaqgörənliklə söylənilib.

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski Azərbaycan barədə sərginin açılışında qeyd edib ki, Azərbaycan “postsovet məkanının hüdudlarından kənarda ən çiçəklənən iqtisadiyyatlardan birinə çevrilib, həmçinin bir sıra böyük beynəlxalq təşəbbüslərin mənbəyidir”.

Bu yaxınlarda Davosda keçirilmiş forumun ekspertlərinin fikrincə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətlilik reytinqində iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Bəs, beynəlxalq maliyyə təsisatları Cənubi Qafqazın bu respublikasını SSRİ-nin digər “varisləri” arasında nəyə görə xüsusi fərqləndirirlər?

Qeyd edək ki, SSRİ-nin dağılması nəticəsində “hər bacıya bir sırğa düşüb”. Məsələn, əhalisinin sayına və iqtisadi potensialına görə Sovet Ukraynasını həmin dövrdə Avropanın aparıcı dövlətləri ilə, məsələn, Fransa ilə müqayisə etmək olardı. Bəs indi Ukrayna hara, Azərbaycan hara? Məsələ təkcə neftdədirmi?

Milli Məclisin deputatı, Dövlət İdarəçilik Akademiyası yanında Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov əsrin dörddəbiri qədər əvvəlki dövrə qayıdır. O, həmin dövrü xatırlayaraq deyir: “1990-cı illərin əvvəlində bizim hökumət qüsurlu idi. Xalq cəbhəsi dövründə anarxiya başlanmışdı, ölkə vətəndaş müharibəsi həddində idi. Ölkənin həm cənubunda, həm də şimalında separatizm yaranmışdı, Azərbaycan parçalanma təhlükəsi qarşısında idi. Belə bir vaxtda şəxsiyyətin rolu amili həlledici oldu. Rusiyada hakimiyyət nəyə görə güclüdür? Ona görə ki, Putin güclü şəxsiyyətdir. Bu gün Azərbaycanda hamı bilir ki, Heydər Əliyev hakimiyyətə qayıdandan sonra hərc-mərcliyə son qoyuldu. Məhz onun sayəsində 10 il ərzində Azərbaycan iqtisadiyyatında və ölkənin bütün həyatında bərpa, sonra isə inkişaf yaşandı”.

Diletantlardan sonra hakimiyyətə gələn Heydər Əliyev yaxşı bilirdi ki, yarımüflis vəziyyətdə olan ölkəyə inkişaf edən iqtisadiyyata əsaslanan siyasi sabitlik lazımdır. Məhz həmin vaxtda o, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” (AÇG) neft yataqları qrupuna diqqət yetirdi. Sovet geoloqlarının kəşf etdiyi bu yataqlar Xəzərdə ən iri neft-qaz kondensat yatağı hesab edilir. İlkin hesablamalara görə, bu yatağın neft ehtiyatları 500 milyon ton hesab edilirdi, lakin sonradan bu rəqəmin daha böyük olması təsdiqləndi.

1994-cü ilin sentyabrında Bakıda möhtəşəm bir hadisə oldu: dünyanın 8 ölkəsini, o cümlədən Rusiyanı təmsil edən 11 iri transmilli şirkətlə “Azəri-Çıraq-Günəşli” yataqları blokunun birgə işlənilməsi barədə “Əsrin müqaviləsi” imzalandı. Beynəlxalq ekspertlərin rəyinə görə, “Əsrin müqaviləsi” istər karbohidrogen ehtiyatlarının həcminə, istərsə də investisiyaların ümumi məbləğinə görə ən iri sazişlər siyahısına daxil olub. İndiyə qədər bu yataqlardan 3 milyard barreldən çox neft hasil edilib, bu layihəyə qoyulmuş sərmayələrin ümumi məbləği isə 33 milyard dollara yaxındır.

Neft hasilatının artımı və qaz yataqlarının işlənilməsi karbohidrogenlərin qiymətinin artması ilə eyni vaxta düşdü. Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) sürətlə artdı: 1992-2014-cü illərdə bu göstərici 1,2 milyard dollardan 75,3 milyard dollara çatıb (keçmiş SSRİ respublikaları arasında rekord göstərici). Əhalinin hər nəfərinə düşən ÜDM bu müddətdə artaraq 159 dollardan 8000 dollara çatıb.

Respublikanın indiki Prezidenti İlham Əliyev atasının işini ləyaqətlə davam etdirir. 2017-ci ilin sentyabrında AÇG yataqlarının işlənilməsinə dair kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Prezident İlham Əliyev bununla əlaqədar deyib: “Bu, imkan verəcək ki, xarici sərmayədarlar Azərbaycanın neft sektoruna bundan sonra da iri sərmayələr yatırsınlar. Burada söhbət on milyardlarla dollardan gedir”.

Azərbaycan üçün növbəti qlobal enerji layihəsi “Şahdəniz” qaz-kondensat yatağının mənimsənilməsi oldu. 1954-cü ildə kəşf edilmiş bu yataq da Xəzərdə ən iri yataq hesab edilir. Azərbaycan rəhbərliyi, necə deyərlər, velosiped icad etməyə başlamadı, bu yatağın işləməsi üçün 1996-cı ildə Rusiyanın “Lukoyl” şirkəti də daxil olmaqla beynəlxalq neft-qaz şirkətləri konsorsiumu ilə əhəmiyyətinə görə ikinci saziş imzalandı.

“Şahdəniz” yatağından Gürcüstana, daha sonra Türkiyəyə qaz nəqlinin başlanması Avropa İttifaqının “Cənub Qaz Dəhlizi” adlı layihənin icrasına başlamaq barədə qərarı ilə eyni vaxta düşdü. Burada söhbət Xəzər dənizi regionundan Rusiya və Ukraynadan yan keçməklə Aİ ölkələrinə qaz nəqlini təmin etməli olan lokal qaz kəmərləri sisteminin tikintisindən gedir. Proqnozlara görə, 2020-ci ilin əvvəlində Azərbaycan Avropa bazarına 10 milyard kubmetr qaz nəql edə biləcək. Bu, o deməkdirmi ki, respublika öz şimal qonşusu ilə rəqabət apara bilər? Elman Nəsirov bu fərziyyəyə şübhə ilə yanaşaraq deyir: “Avropanın qaza illik tələbatı 500 milyard kubmetrə bərabərdir. Bu həcmin təxminən 49 faizini Rusiya təmin edir. Azərbaycan yalnız iki ildən sonra qaz sata biləcək və bu satışın həcmi Rusiyanın satışı ilə müqayisədə bir tərtib aşağı olacaq. Buna görə də Aİ üçün Rusiya yenə əsas tərəfdaş olaraq qalacaq”.

Energetika sahəsində meqalayihələrin reallaşdırılması Azərbaycanın sabit inkişafını təmin etməlidir. Lakin 2015-ci ildə neftin qiymətinin azalması ölkə büdcəsinin neft-qaz gəlirlərindən yüksək dərəcədə asılı olduğunu göstərdi. İqtisadiyyatın şaxələndirilməsi məsələsi gündəliyə gəldi. Bu baxımdan ümumi uzunluğu 850 kilometr olan qlobal nəqliyyat layihəsinin – Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallaşdırılması ciddi addım olmalıdır. BTQ dəmir yolu xətti 2017-ci il oktyabrın 30-da açıldı və dərhal qonşuların böyük marağına səbəb oldu. Yeni BTQ nəqliyyat dəhlizi tarixi İpək Yolu üzrə yükdaşımalar üçün ciddi potensiala malikdir.

İlham Əliyev Davos Forumunun iştirakçılarına bu genişmiqyaslı layihə barədə məlumat verərək deyib: “Bu gün bu, Çindən Avropaya olan ən qısa marşrutdur - əvvəllər bu məsafə 30-35 gün ərzində qət olunurdusa, artıq bu gün iki həftə ərzində qət edilir. ... Açıq okeana çıxışı olmayan bir ölkə kimi Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilmişdir”. Prezident xüsusi vurğulayıb ki, qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması Azərbaycanın xarici siyasətinin prioritetidir. Azərbaycan iri addımlarla irəliləyir – sülhə, əməkdaşlığa və daha böyük iqtisadi inkişafa doğru.

ATV.az 

BUNU DA OXU

Müğənni həmkarını ittiham etdi - “Gecələr 200 manata kişi axtarır”
"Bizimləsən"də pərdəarxası dava - qonaqlar əlbəyaxa oldu - ÖZƏL - FOTOLAR
Başınız ağrıyır? - bu 4 üsul sizə mütləq kömək edəcək
Yeganə oğlunu itirən Zöhrə Abdullayeva dərdini belə bölüşdü
İnsan ətinin yeyilməsinə qanuni icazə verildi - "Yeməli qardaş" restoranında - VİDEO
Xəbər lenti

"Zaurla Günaydın" verilişinin bugünkü qonaqları - ÖZƏL - FOTOLAR
19:19 26.05.2018

Cümhuriyyətin yubileyi qeyd edilir - Dövlət sərhəd xidmətində tədbir keçirilib
19:00 26.05.2018

Kartof suyunun inanılmaz faydaları - xərcəng, dəri ləkələri, qastritə qarşı
18:42 26.05.2018

Cümhuriyyət- 100 - Dövlət miqrasiya xidmətində tədbir keçrilib
18:21 26.05.2018

Istiqlal muzeyində tədbir keçirildi - Xalq Cümhuriyyətin 100 illik yubileyi
18:03 26.05.2018

Nigeriya yımasında seks qadağası
17:48 26.05.2018

Qanunsuz silah aşkarlandı - SALYANDA
17:30 26.05.2018

Bozbash Picturesin "Saxta Dərman Biznesi" - rekord qırır - VİDEO
17:09 26.05.2018

Xanımlar dəsmalları daha yumayacaq
16:53 26.05.2018

Cümhuriyyətin yubileyi bölgələrdə qeyd edilir - Lənkəranda yürüş keçirilib
16:35 26.05.2018

Putindən dünya ölkələrinə xəbərdarlıq - "Misli görünməmiş böhran ola bilər"
16:19 26.05.2018

"Vicdan haqqı" serialının eks-qəhrəmanı müğənniliyə başladı - VİDEO
16:02 26.05.2018

Zərifə Əliyeva-95 - Gəncədə konfrans və müayinə təşkil olunub
15:45 26.05.2018

ABŞ Türkiyəni razı salmağa çalışır - Mənbicə dair yol xəritəsi hazırdır
15:28 26.05.2018

Argentinanın milli bayramı qeyd olunub - Iyunda ölkələrimiz arasında nəqliyyat sazişi imzalanacaq
15:10 26.05.2018

Meyxanaçı Pərviz və müğənni Türkan cütlüyü bir arada - ÖZƏL - FOTOLAR
14:51 26.05.2018

Təqaüdçülər, yoxsa cavanlar? - Kim daha yaxşı sürücüdür
14:32 26.05.2018

Dar şalvar geyinən qadınlara - BƏD XƏBƏR
14:14 26.05.2018

Müəllimlər sınaq qarşısında - Diaqnostik qiymətləndirmə başlayıb
13:55 26.05.2018

Omanda "Makunu" siklonu 1 uşağı öldürdü, itkin düşənlər var
13:35 26.05.2018

Narkotik və əlaltıları ilə yaxalanan şəxs polisə silahlı müqavimət göstərdi - Astarada - FOTOLAR
13:20 26.05.2018

Qaralmış Nərgizdən yeni - ÖZƏL - FOTOLAR
13:03 26.05.2018

Bu gözəl qadınlar əslində cinayətkardırlar - HƏBSXANAYA DÜŞMÜŞ ƏN GÖZƏL CİNAYƏTKAR QADINLAR - VİDEO - FOTOLAR
12:45 26.05.2018

Müğənni Kərim həyat yoldaşı və övladı ilə ilk dəfə - efirdə - ÖZƏL - FOTOLAR
12:26 26.05.2018

Emalatxanada bədbəxt hadisə - Maşın detalı ustanı öldürdü
12:11 26.05.2018

Quanaxuatoda bir neçə gün ərzində 62 nəfər qətlə yetirilib
11:53 26.05.2018

Ağstafa sakinini maşın vurdu - Həkimlərin gözü qarşısında - FOTOLAR
11:35 26.05.2018

Elm dalınca getdi, meyiti gəldi - Sabirabadda
11:18 26.05.2018

ABŞ-ın San Dieqo şəhərində 28 may - ADR-in 100 illiyi günü elan edilib
11:00 26.05.2018

Platini ittihamlardan azad oldu
10:42 26.05.2018

Heydər Əliyev Mərkəzində “Son iclas” bədii-sənədli filminin təqdimatı olub
10:20 26.05.2018

Günə damğa vuran sinə dekoltesi - ekranımızın "Larisasi"dan - FOTOLAR
10:02 26.05.2018

Müğənni həmkarını ittiham etdi - “Gecələr 200 manata kişi axtarır”
09:45 26.05.2018

Rüstəm Ibrahimbəyovla bağlı tələb - “Onun bütün titulları geri alınmalıdır” - VİDEO
23:00 25.05.2018

Baş nazirin müavini iclas keçirdi - Əmək bazarı ilə bağlı müzakirə aparıldı
20:48 25.05.2018

İqtisadiyyatımız 3,2 dəfə artıb - 15 ildə ölkədə 90 min müəssisə qurulub
20:30 25.05.2018

Xalq Cümhuriyyətinin 100 illiyi - Əli bəy Hüseynzadənin çəkdiyi rəsm muzeyə təhvil verilib
20:12 25.05.2018

Damla "10-dan sonra"da - " Yalan " - VİDEO
19:55 25.05.2018

Göyçək Fatimə "Bir axşam"da - "Sarı Gəlin rəqsi " - VİDEO
19:37 25.05.2018

Müstəqillik tarixi - Tiflisdə sərgi təşkil edilib
19:20 25.05.2018

Iqtisadiyyatın inkişafında nəqliyyatın rolu - Azərbaycanda nəqliyyat infrastrukturu müasirləşdirilib
19:03 25.05.2018

"Xüsusi Layihə" də maraqlı anlar - Sevda Sanaliyeva və Aslan Hüseynov - FOTOLAR
18:46 25.05.2018

Azərbaycan Xalq Cumhuriyyəti-100 - Gəncədə silsilə tədbirlər davam edir - FOTOLAR
18:30 25.05.2018

“Rostneft” rəhbərindən açıqlama - “Neftin yeni rekord qiymətlərinin şahidi olacağıq”
18:11 25.05.2018

Gözəllik müsabiqəsində "puluvu ver mükafatıvı al" bazarı - VİDEO - FOTOLAR
17:54 25.05.2018

Hindistanda ayaqyolu məcburiyyəti - Evlənmək istəyənlər tualet tikməlidir
17:35 25.05.2018

Professor Nərgiz Paşayeva: Oksford Universitetində imzalanan kontraktı elm, təhsil və mədəniyyət sahələrində Azərbaycanda “Əsrin kontraktı” adlandırmaq olar
17:18 25.05.2018

Azərbaycan təhsilində ilk dəfə - Şəkidə 20 şagirdin hamısı ali məktəblərə daxil olub - FOTOLAR
17:00 25.05.2018

“Elektron imza”nın tətbiqində yenilik - Kağız daşıyıcıya ehtiyac qalmayacaq
16:43 25.05.2018

Tanınmış müğənni Bakıda tapdığı sevgilisindən uşaq doğdu
16:25 25.05.2018

Ov həvəskarlarına şad xəbər - Mövsüm açılır
16:06 25.05.2018

Vahid vergi yükü tətbiq ediləcək - Qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün
15:50 25.05.2018

Meteohəssas insanların diqqətinə - Hava sərinləşir, külək güclənir
15:32 25.05.2018

Heydər Əliyev Fondunun dəstəyi - Bir qrup Qarabağ müharibəsi əlili protezlərlə təmin olunub
15:15 25.05.2018

"Bizimləsən"də pərdəarxası dava - qonaqlar əlbəyaxa oldu - ÖZƏL - FOTOLAR
15:00 25.05.2018

Məmmədyarovdan Paşinayana cavab - “Bu, sülh prosesini öldürmək deməkdir”
14:50 25.05.2018

Netanyahu ev tikintisini dəstəklədi - İordan çayının sahilində yeni yaşayış məskəni salınacaq
14:30 25.05.2018

Nazir sakinlərlə görüşüb - Şikayət və təkliflər qeydə alınıb
14:11 25.05.2018

Pompeo Çavuşoğlu ilə görüşdən danışdı - “Ümid edirəm ki, hərbçilərimiz üz-üzə gəlməyəcək”
13:54 25.05.2018

Kəşfiyyatçılarımızın təlimi davam edir - NATO generalları ordumuzun təlimlərini izləyib
13:38 25.05.2018

Vaxt bəlli oldu - UEFA 2020 –nin 4 oyunu Bakıda keçiriləcək
13:20 25.05.2018

MM-dən yeni qərar - Sürücülük hüququna əlavə və dəyişikliklər qəbul olunub
13:03 25.05.2018

UEFA-dan türk dəstəyi - 2019-cu ildə avroluboklar finalı Bakı və İstanbulda keçiriləcək
12:45 25.05.2018

Ərdoğan seçkiqabağı proqramı açıqladı - “Türkiyə Suriyada əməliyyatları davam etdirəcək”
12:28 25.05.2018

Tovuz sakini üçün son səhər - Küçədə dünyasını dəyişdi - FOTOLAR
12:10 25.05.2018

Məşhur futbolçu həbs oluna bilər - Gecə klubunda dava saldığına görə
11:53 25.05.2018

Mingəçevirdə ağac düşmənçiliyi - Naməlum şəxslər Qovaq ağacının qabığını soydu - FOTOLAR
11:35 25.05.2018

ABŞ – Şimali Koreya sammiti niyə ləğv olundu?
11:18 25.05.2018

Sürücünün diqqətsizliyi - Avtomobil teplovoza çırpıldı - FOTOLAR
11:00 25.05.2018

Quba “ASAN həyat” kompleksində tədbir - FOTOLAR
10:43 25.05.2018

Diaqnostik qiymətləndirmə - Prosesə sabahdan start verilir
10:25 25.05.2018

Azyaşlılar telefondakı oyunlara görə evdən qaçır və intihar edir - Azərbaycanda - FOTOLAR
10:04 25.05.2018

"Atletiko" Qrizmannın yerinə onu alır
09:45 25.05.2018

”Qafqaz üçlüyü”nün əsl mahiyyəti - “Bu film Ibrahimbəyovun antimilli xislətini ortaya qoyub” - VİDEO
23:32 24.05.2018

Qarabağ danışıqlarının gələcəyi - Paşinyanın mövqeyi müharibə ehtimalını artırır - VİDEO
23:05 24.05.2018

Tramp Kim Çen Inla görüşdən imtina etdi
21:00 24.05.2018

Belə heyvan növü görməmisiniz - Şok görüntülər - VİDEO
20:40 24.05.2018

Iran nüvə sazişi barədə şərtlərini açıqladı - Ali dini lider ABŞ-ı Tom və Cerriyə bənzətdi
20:25 24.05.2018

Bir ailə “damsız”qaldı - Göyçayda fərdi yaşayış evi yandı
20:05 24.05.2018

DİQQƏT! - Bu yollar bağlanır
19:48 24.05.2018

Bütün xəbərlər