Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Prezident İlham Əliyev: “ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir

Prezident İlham Əliyev: “ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir
   96 dəfə oxunub

“ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir.

ATV.az-ın məlumatına görə, dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Kompleksin əməkdaşları ilə görüşü zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün Quba rayonunun həyatında çox əlamətdar bir gündür: “Qubada “ASAN xidmət” Mərkəzi fəaliyyətə başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.

Qubada “ASAN xidmət” Mərkəzinin yaradılması çox gözəl hadisədir. Bu, sayca 12-ci mərkəzdir. Mərkəzlərdən 5-i Bakıda yaradılıb, 7-si də Quba daxil olmaqla, digər bölgələrdə. “ASAN xidmət” artıq beş ildir ki, fəaliyyət göstərir. Beş il ərzində Azərbaycan xalqının rəğbətini qazana bilmişdir. Bu illər ərzində “ASAN xidmət” mərkəzlərinə 18 milyondan çox müraciət daxil olmuşdur və “ASAN xidmət”in fəaliyyətini bəyənmə əmsalı 100 faizə yaxındır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, doğrudan da ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. “ASAN xidmət” Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur. O məhsul ki, bu gün biz onu xaricə ixrac edirik. Bir neçə ölkə “ASAN xidmət”lə maraqlanır. Bizim “ASAN xidmət” bir neçə ölkə ilə müvafiq sənədlər imzalayıb və artıq bir neçə ölkədə “ASAN xidmət” mərkəzləri yaradılır”.

İlham Əliyev bildirib ki, “ASAN xidmət” beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək qiymətə layiq görülüb. BMT ictimai xidmətlər sahəsində “ASAN xidmət”ə yüksək mükafat vermişdir. Bir neçə mötəbər beynəlxalq təşkilat artıq “ASAN xidmət”lə uğurlu əməkdaşlıq edir:

“Bildiyiniz kimi, stasionar mərkəzlərlə yanaşı, 10 avtobus səyyar xidmət göstərir, “ASAN qatar” xidməti artıq fəaliyyətə başlayıbdır. Əlbəttə, biz çalışmalıyıq ki, gələcək illərdə ölkəmizin hər bir yerində “ASAN xidmət” mərkəzləri olsun. İstəyirəm bizim ictimaiyyət onu da bilsin ki, gələn il üç “ASAN xidmət” Mərkəzinin açılışı nəzərdə tutulur – Mingəçevir, Şəki və İmişli şəhərlərində. Eyni zamanda, gələn il 5 mərkəzin tikintisinə start veriləcəkdir və 2019-cu ildə onların açılışı nəzərdə tutulur. Biz istəyirik ki, 2019-cu ilin sonuna qədər ölkəmizdə 20 “ASAN xidmət” Mərkəzi fəaliyyət göstərsin. Beləliklə, “ASAN” bütün bölgələrə gəlir, hər bir vətəndaşa çox gözəl xidmət göstərir. “ASAN”ın öz davranış qaydaları var. Şadam ki, “ASAN”da çalışanların mütləq əksəriyyəti gənclərdir və bu mərkəzdə 170 gənc işlə təmin olunubdur, 40-dan çox könüllü fəaliyyət göstərəcək. Beş il ərzində 10 mindən çox könüllü “ASAN xidmət”də fəaliyyət göstərmişdir. Yüzlərlə könüllü artıq işlə təmin olunubdur”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda könüllülər hərəkatına təkan verən də “ASAN” olub: “Həmin könüllülər ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda – Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında böyük xidmətlər göstərmişlər. Ümumiyyətlə, könüllü olmaq çox böyük və şərəfli missiyadır. Bu, insanın niyyətini göstərir. Onu göstərir ki, insan öz vətəndaşlarına təmənnasız gözəl xidmət göstərməyə çalışır. Hesab edirəm ki, ölkəmizdə “ASAN xidmət”ə, o cümlədən könüllülərin fəaliyyətinə görə çox böyük rəğbət var.

Biz “ASAN”ın funksiyalarını genişləndiririk və mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır. “ASAN xidmət” fəaliyyətə başlayanda sadəcə olaraq ictimai xidmətlər göstərirdi. Bu gün artıq “ASAN kommunal”, “ASAN viza”, “ABAD” mərkəzləri yaradılır. O sahələrdə ki, ölkə üçün prioritet sayılır. O sahələrdə ki, qüsurlar, nöqsanlar var.

Bilirsiniz ki, biz indi turizmin inkişafı ilə çox ciddi məşğuluq və bu ilin 10 ayında Azərbaycana gələn turistlərin sayı 20 faiz artmışdır. Keçən il 24 faiz artmışdır. Turistlərin gəlişini əngəlləyən əsas məsələ viza məsələsi idi. Mən əvvəlki dövrlərdə müvafiq dövlət qurumlarına dəfələrlə ciddi tapşırıqlar vermişdim ki, viza məsələsində çox ciddi islahatlar aparılmalıdır. Ancaq o islahatlar yarımçıq qalmışdı. Biz bu məsələni “ASAN”a tapşırdıq. Bu gün mənə məlumat verilir ki, bu ilin əvvəlindən 250 min xarici vətəndaş “ASAN viza”dan istifadə edərək ölkəmizə gəlmişdir. Kommunal ödənişlər sahəsində çox böyük problemlər, çatışmazlıqlar, qüsurlar olmuşdur. İndi “ASAN kommunal” çox gözəl xidmət göstərir”.

Prezident əlavə edib ki, kiçik biznesin, ailə biznesinin inkişafı ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır: “İnkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda əsas payı məhz kiçik və orta sahibkarlıq təşkil edir. Ona görə Azərbaycanda bu sahəyə təkan vermək üçün “ABAD” mərkəzləri yaradılır. O mərkəzlərin, fermerlərin, ailə təsərrüfatlarının məhsulu bu gün burada nümayiş etdirilir.

Bir müddət bundan əvvəl göstəriş vermişəm ki, biz qanunsuz məşğulluqla daha da səmərəli şəkildə mübarizə aparmalıyıq. Bu da bizi daim narahat edən məsələlərdən biri olmuşdur. Azərbaycanda işsizliklə bağlı görülən tədbirlər işsizliyi kəskin şəkildə aşağı salmışdır. Biz o vəziyyətlə üzləşdik ki, qanunsuz məşğulluq indi problemə çevrilib. İnsanlar işlə təmin edilir, amma heç bir qeydiyyata düşmür, vergisini vermir və gələcəkdə sosial təminatdan, pensiya təminatından da məhrum olurlar. Biz bu vəzifəni “ASAN”a tapşırandan sonra çox gözəl sistem yaradılıb. Tikintilərdə qanunsuz çalışan 5 min insan artıq cəmi bir neçə ay ərzində əmək müqavilələri əsasında işləməyə başlamışdır və beş min böyük rəqəmdir. Nəzərə alsaq ki, Bakıda gedən tikintilərdə 13 min insan çalışır, onlardan 5 mini qanunsuz işləyirdi. İndi onlar əmək müqavilələri bağlayıblar, dövlətə vergi ödəyəcəklər və gələcəkdə onların iş stajı olacaq, pensiya da alacaqlar. Yəni, harada ki, nöqsanlar, çatışmazlıqlar var “ASAN” bu məsələnin həllində ön cəbhədədir. Buna görə də mən əlbəttə ki, sizi və “ASAN xidmət”də fəaliyyət göstərən bütün işçiləri ürəkdən təbrik edirəm, onlara minnətdarlığımı bildirmək istəyirəm”.

İlham Əliyev qeyd edib ki, “ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir: “Əlbəttə ki, bu bəla ilə bütün ölkələr mübarizə aparmalıdır, o cümlədən Azərbaycan. Biz mübarizə aparırıq, cəza tədbirləri, inzibati tədbirlər görülür. Amma ən çox effekt verən, ən səmərəli tədbirlər sistem xarakterli tədbirlərdir, institusional tədbirlərdir. “ASAN” bu məsələni də öz üzərinə götürüb. Bütün dövlət qurumlarında vətəndaşlara münasibət, öz işinə olan məsuliyyətli yanaşma “ASAN”dakı kimi olmalıdır. “ASAN” bu gün təkcə Azərbaycanı tanıtdıran və təbliğ edən milli brendimiz deyil, “ASAN” bu gün Azərbaycanda yeni, müasir, mədəni, xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir, onları təbliğ edir və beləliklə, ictimai həyatda “ASAN”ın çox böyük rolu var.

Əminəm ki, bu mərkəzin çox uğurlu fəaliyyəti olacaq. Çünki hər yeni mərkəzdə yeniliklər var. Hər dəfə yeni mərkəzin açılışında olarkən yeni ideyalar, innovasiyalar haqqında mənə məlumatlar verilir və hər bir yeni mərkəz daha da geniş funksiyalara malik olur. Əminəm ki, Quba “ASAN xidmət” Mərkəzi bütün vətəndaşlara - təkcə Quba sakinlərinə deyil, ətraf rayonların sakinlərinə də, - bu mərkəzdən 500 min əhali istifadə edə bilər, - çox yaxşı xidmət göstərəcəkdir. Sizə işinizdə böyük uğurlar arzulayıram və sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm”.

ATV.az

BUNU DA OXU

Nadir Qafarzadə "Maşın-şou"nu belə parodiya etdi - Rekord vuran görüntülər - VİDEO
Roza Zərgərlidən şok açıqlama
Serbiya yığmasının kapitanına "Niva" bağışladılar - Samarada
"Maşın"ın qalibi bəlli oldu - ÖZƏL - FOTOLAR
"Maşın"da "danışan baxışlar" - ilk dəfə - FOTOLAR
Xəbər lenti

Narkotacir qardaşlar ələ keçdi - AĞDAŞDA - FOTOLAR
11:53 20.06.2018

Ronaldo 5-ci dəfə ata olacaq - FOTOLAR
11:35 20.06.2018

Aİ-dən Qarabağ açıqlaması - “Münaqişə regionda sabitliyə mane olur”
11:17 20.06.2018

Tunarın toyundan görüntülər - FOTOLAR
11:00 20.06.2018

Сколько получат футболисты сборной России за каждую победу на ЧМ
10:41 20.06.2018

Nadir Qafarzadə "Maşın-şou"nu belə parodiya etdi - Rekord vuran görüntülər - VİDEO
10:24 20.06.2018

DÇ-2018 - Rusiya yenə qalib gəldi
10:05 20.06.2018

Qriqoryanın həbsi nədən xəbər verir? - Ermənistanda yenə gərginlik yarana bilər - VİDEO
23:55 19.06.2018

Cəllad Qriqoryan - Onun hərbi cinayətləri də araşdırılacaqmı? - VİDEO
23:25 19.06.2018

Pərviz Bülbülə və Türkan Vəlizadə "Zarafat zarafat"da - "Ahu gözlüm " - VİDEO
20:56 19.06.2018

46 il hamilə qalan qadın - VİDEO
19:53 19.06.2018

Fotoqrafın gözü ilə unudulmaz görüntülər - VİDEO
19:19 19.06.2018

Ciddi film problemi - Maliyyə çatışmir, yoxsa tamaşaçı?
19:00 19.06.2018

Evlənmək istəyənlərin nəzərinə - bunu mütləq izləyin - VİDEO
18:42 19.06.2018

Hadisənin bilinməyən xəstəliyi
18:20 19.06.2018

1 il ərzində heç doğum hadisəsi olmayan ölkə - VİDEO
18:01 19.06.2018

Merve Boluğur yeni sevgilisi ilə - FOTOLAR
17:40 19.06.2018

Sulutəpədə minik avtomobili yol ayrıcına çırpılıb, ölən var
17:17 19.06.2018

Qızıl mağazasından 20 min manatlıq zinət əşyaları oğurlanıb - Lənkəranda
17:00 19.06.2018

Zülfiyyə Xanbabayeva da modelyerlik edir - FOTOLAR
16:35 19.06.2018

İlyas Yalçıntaş Bakıda necə qarşılandı? - ÖZƏL - FOTOLAR
16:18 19.06.2018

Oqtay Əsədov Çinə rəsmi səfər edəcək
16:00 19.06.2018

DÇ-2018-də ilk tur başa çatır - Bu gün kimlər qarşılaşır?
15:40 19.06.2018

"10-dan sonra" da Yusif Ağayevin bugünkü qonaqları - FOTOLAR
15:17 19.06.2018

Aygün Bəylər FRANSIZ dilində oxudu - "Zaurla Günaydın"da - VİDEO
14:59 19.06.2018

Emin Ağalarov Bakıda telekanal açmaq istəyir
14:40 19.06.2018

Keçmiş məhkum küllü miqdarda narkotik vasitəni satarkən tutulub - Zaqatalada
14:21 19.06.2018

Vaqif Əsədov: “Parada hazırlıqla əlaqədar bəzi yollar bağlanacaq”
13:56 19.06.2018

Qusarda ana və 7 yaşlı qızı itkin düşüb
13:35 19.06.2018

Günay İbrahimlidən həmkarlarına sərt cavab - VİDEO
13:15 19.06.2018

Ata mindi, dalağını itirdi - Şəkidə
12:57 19.06.2018

Xızıda faciə - Üç çobanı ildırım vurdu
12:13 19.06.2018

Fuad Əlişovun keçmiş həyat yoldaşı ikinci dəfə ailə qurur - VİDEO
11:53 19.06.2018

Kür çayının növbəti qurbanı - FOTOLAR
11:30 19.06.2018

“Keyxanım”ın toyundan ilk görüntülər - VİDEO - FOTOLAR
11:11 19.06.2018

Barak Obama növbəti prezident seçkilərinə qatıla bilər
10:52 19.06.2018

DÇ-2018 - Sensasiyasız bazar ertəsi
10:30 19.06.2018

ABŞ Türkiyəyə qarşı sanksiyalar planlaşdırır - buna səbəb isə...
10:10 19.06.2018

Erməni general həbs edildi - Əsgər yeməyini pələngə və ayıya yedirdirmiş - VİDEO
22:20 18.06.2018

Meymundan insanlıq dərsi - VİDEO
20:02 18.06.2018

Türkiyədə prezident seçkiləri - Bakıda və Gəncədə səsvermə olub
19:42 18.06.2018

Hava proqnozu - Bəzi rayonlarda yağış yağacaq
19:21 18.06.2018

Erməni general həbs edildi - Əsgər yeməyini pələngə və ayıya yedirdib
19:00 18.06.2018

“Daim nəzarətdə saxlayırıq” - Müdafiə Nazirliyi Xocalı aeraportundan görüntü yaydı
18:43 18.06.2018

Дети выбросили на улицу старого отца с запиской сдать в дом престарелых
18:26 18.06.2018

Tarixi anlaşma imzalandı - Makedoniyanın adı dəyişdirildi
18:05 18.06.2018

Son anda xəstəxanaya çatdırılan xanım dünyasını dəyişdi - TOVUZDA - FOTOLAR
17:43 18.06.2018

Cəsəd tapıldı - YENİLƏNİB
17:20 18.06.2018

Çoban açınca gözün... - İldırım vurması Şəki sakinini iflic edib
17:00 18.06.2018

"Maşın"ın bütün qalibləri - o həyacanlı anlar - VİDEO
16:37 18.06.2018

5 dəqiqə yağan dolu həyatı iflic etdi - GÖYGÖLDƏ - FOTOLAR
16:15 18.06.2018

Mətanət Əsədova "10-dan sonra"da - "Məndən yoxdur" - VİDEO
15:50 18.06.2018

Roza Zərgərlidən şok açıqlama
15:25 18.06.2018

Dəhşətli qəza sürücünü öldürdü, azyaşlı övladı ağır yaralandı - HACIQSBULDA
15:05 18.06.2018

Boğulmaqda olan bacısı qızına görə dayı həyatını fəda etdi - ASTARADA
14:42 18.06.2018

Bərdədə narkotik əməliyyatı - 1,5 ton narkotik vasitə aşkarlandı - FOTOLAR
14:25 18.06.2018

ABŞ-dan Pxenyana 47 bəndlik tələb - Nələrin ləğvi tələb olunur?
14:03 18.06.2018

DÇ-2018 - Bu gün kim qarşılaşacaq?
13:48 18.06.2018

Manaf Ağayev "10-dan sonra"da - "İlk məhəbbətim " - VİDEO
13:27 18.06.2018

Serbiya yığmasının kapitanına "Niva" bağışladılar - Samarada
13:03 18.06.2018

Pambıq tarlasında növbəti zəhərlənmə faktı - Tərtərdə 14 nəfər xəstəxanaya yerləşdirildi - FOTOLAR
12:40 18.06.2018

Kamil Zeynalov: "Maşın-şouda" iştirak edə bilmərəm - FOTOLAR
12:22 18.06.2018

Sürücü diqqətsizliyi iki nəfərin həyatına son qoydu - “07”-də olna sərnişinlər həyatını itirdi
12:02 18.06.2018

Yevlaxda ağır qəza - Yolu keçmək istəyən piyada xəstəxanalıq oldu
11:40 18.06.2018

DÇ-2018: Misirli qolkiper mükafatdan imtina etdi - səbəb isə...
11:21 18.06.2018

ATƏT-in yeni planı - 3 ölkəyə 25 nəfərlik qrup göndərəcək
11:00 18.06.2018

Ehtiyatsızlıq həyatı bahasına başa gəldi - Göyçay sakini elektrik cərəyanının qurbanı oldu
10:41 18.06.2018

Küləklə müşayət olunan fırtınanın fəsadları - Füzuli rayonu qaranlığa qərq oldu - FOTOLAR
10:20 18.06.2018

DŞ-2018 - Sensasiyalar bazarı
10:01 18.06.2018

İrəvan təxribatlardan əl çəkmir - Sarkisyanın ardınca Paşinyan da Qarabağa gəldi - VİDEO
23:28 16.06.2018

TANAP- ın iqtisadi gücü - Ölkəmiz 100 milyard dollar gəlir əldə edəcək - VİDEO
23:00 16.06.2018

Qızııl bazarında vəziyyət - Qiymət artım ola bilərmi?
21:00 16.06.2018

Ələkbər Yasamallı oxudu o isə oynadı - FOTOLAR
20:30 16.06.2018

Qədim musiqi alətlərimizdən biri - Səsi ürəklərə yol tapan kamança... - VİDEO
20:10 16.06.2018

23 ölkənin bayrağını toxuyan həmyerlimiz - Lerik sakini xariqələr yaradır - FOTOLAR
19:50 16.06.2018

Afaq Gəncəlinin libası yenə göz qamaşdırdı - FOTOLAR
19:31 16.06.2018

Sabahın hava proqnozu açıqlanıb
19:10 16.06.2018

Abbas Bağırova uşaq arabası verdilər - FOTOLAR
18:50 16.06.2018

Bakıda ev yanıb
18:27 16.06.2018

Hüseyn Əzizoğlunun valideyinləri ilə Ələkbər Yasamallı arasında söz savaşı - FOTOLAR
18:05 16.06.2018

Bütün xəbərlər