Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Meymun 2016-da dünyada "at oynatdı" - Terror, qasırğa, zəlzələ...

Meymun 2016-da dünyada "at oynatdı" - Terror, qasırğa, zəlzələ...
   1039 dəfə oxunub

Geridə qoyduğumuz 2016-cı ildə dünyada baş verən əsas hadisələri təqdim edirik. 

06.01.2016 - Rusiyaya məxsus SU-24 qırıcı təyyarəsinin Türkiyənin F-16 qırıcısı tərəfindən havada vurulmasından sonra, iki ölkə arasında münasibətlər gərginləşdi. Rəsmi Moskva isə yanvarın 1-dən etibarən Türkiyə ilə vizasız rejimi dayandırdı.

07.01.2016  - Liviyanın paytaxtı Tripolinin  qərbində yerləşən Zliten şəhərində polis təlim mərkəzi yaxınlığında baş vermiş partlayış nəticəsində azı 40 nəfər həlak oldu, 100 nəfər isə yaralandı.

07.01.2016 - Səudiyyə Ərəbistanının Tehranda yerləşən səfirliyinə edilən hücumdan sonra Qətər İrandakı səfirini geri çağırdı.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfərin Səudiyyə Ərəbistanında edam edilməsindən sonra gərginləşmişdi. Nimr əl-Nimrin edam edilməsinə etiraz əlaməti olaraq, İranda Səudiyyə Ərəbistanı səfirliyinə hücum edildi. Bundan sonra Səudiyyə Ərəbistanı və Bəhreyn İranla diplomatik əlaqələri kəsdi. Bundan başqa, Küveyt də öz səfirini İrandan geri çağırdı. 

07.01.2016 - İŞİD ilk dəfə olaraq qadın jurnalisti edam etdi. 30 yaşlı jurnalist Ruqiyə Həsəni casusluqda ittiham edərək qətlə yetirildi. R. Həsən ötən ilin oktyabr ayından etibarən terrorçular tərəfindən qətlə yetirilən beşinci jurnalistdir.

23.01.2016 - ABŞ öz ərazisində yerləşən Rusiyaya məxsus altı fəxri konsulluqdan beşinin fəaliyyətini dayandırdı. Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Kaliforniya, Yuta, Minnesot, Florida və Porto Rikoda yerləşən Rusiya fəxri konsulluqlarının bağlanmasına sərt reaksiya göstərdi. Nazirlik bu məsələ ilə bağlı açıqlama verərək bildirdi ki, bu addım Rusiya ilə münasibətləri kəsməyə yönəlib.

04.02.2016 - ABŞ-ın 44-cü Prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə məscidə getdi. Keçmiş dövlət başçısı Merilend ştatının Baltimor şəhərində yerləşən məscidi ziyarəti zamanı buradakı İslam Cəmiyyətində müsəlman amerikalılarla görüşdü

11.02.2016 - İsrail Türkiyəyə təzminat ödəməyə razılıq verdi. Türkiyə və İsrail diplomatları arasında İsveçrədə baş tutan növbəti görüşdə tərəflər “Mavi Mərmərə” gəmisində həyatını itirənlərin ailələrinə təzminat ödənilməsi ilə bağlı məsələdə yekun razılaşmaya gəldilər.

13.02.2016 - Kubanın paytaxtı Havanada Roma Papası Fransisk və Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kirill arasında görüş oldu. Bu, Rus Pravoslav və  Roma-Katolik kilsə rəhbərlərinin ilk görüşüdür.

19.03.2016 - Türkiyədə adı rüşvət qalmaqallarında hallanan iranlı iş adamı Rza Zərrab  ABŞ-da həbsedildi. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olundu.

21.03.2016 - ABŞ prezidenti Kubaya tarixi səfər etdi.  ABŞ-la Kuba arasında diplomatik münasibətlər ötən ilin iyulunda yarıməsrlik fasilədən sonra bərpa olundu. Obama 88 ildən sonra Kubaya səfər edən ilk ABŞ prezidentidir. Obamanın 2014-cü ilin dekabr ayında Soyuq Müharibə dövrünün düşməni olan Kuba ilə diplomatik əlaqələrin bərpasına dair açıqlamasından sonra ölkələrin paytaxtlarında səfirliklər fəaliyyətə başladı. ABŞ Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxardı.

22.03.2016 - Obama ilə Raul Kastronun tarixi görüşü. Havanada Kuba prezidenti Raul Kastro ilə ABŞ prezidenti Barak Obama arasında görüş keçirildi. Son 50 ildə ilk dəfə olaraq ABŞ və Kuba arasında sərnişin təyyarələrinin uçuşları bərpa edildi.

10.04.2016  - Hindistanın Kerala ştatındakı məbəddə yanğın nəticəsində 102 zəvvar öldü, 300-dən çox insan yaralandı. Məlumata görə, yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.  

16.04.2016 - Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 646  nəfərə çatdı. Baş verən təbii fəlakət nəticəsində130 nəfər itkin düşmüş hesab edilir, 12,5 min nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xilasetmə işləri zamanı dağıntılar altından 113 nəfəri sağ çıxarmaq mümkün olub, 27 ölkə Ekvadora kömək göstərib.

22.05.2016 - Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri seçildi. Binəli Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri oldu. Qeyd edək ki, Binəli Yıldırım qurultayda partiyanın sədr postuna yeganə namizəd idi. 

03.06.2016 - Məşhur amerikalı boksçu Məhəmməd Əli 74 yaşında dünyasını dəyişdi. O, parkinson xəstəliyindən əziyyət çəkirdi. 

12.06.2016 - Amerikanın Orlando şəhərində seksual azlıqlar olan “Florida Pulse” gecə klubunda terror aktı törədildo. Faciə nəticəsində 50 nəfər öldü, 50-dən çox insan isə yaralandı. 

20.06.2016 - Virginiya Raggi paytaxt Romanın ilk qadın meri seçildi. Siyasətə yeni addım atan 37 yaşlı vəkil Raggi təcrübəsizliyinə baxmayaraq, iqtidarda olan Demokratik Partiyanın namizədi Roberto Giachettiyə qalib gəlməyi  bacardı.

24.06.2016 - “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” solçu radikal təşkilatı (FARC) və Kolumbiya hökuməti arasında 50 ildən çox davam etmiş müharibədən sonra  atəşkəsə dair tarixi sülh sazişi imzalandı-.  

28.06.2016 - İstanbulun Atatürk hava limanında ardıcıl iki güclü partlayış baş verdi. Hadisə nəticəsində 44 nəfər öldü, 237 nəfər isə yaralandı.

30.06.2016 - Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin noyabrında Türkiyəyə qarşı tətbiq edilən məhdudiyyətlərin ləğvi barədə fərman imzaladı.

14.07.2016 - Tereza Meyin iyulun 13-də Böyük Britaniyanın baş naziri təyin olunmasından sonra hökumətdə bir sıra dəyişikliklər oldu.

14.07.2016 - Fransada terror aktı törədildi. Nəticədə 84 nəfər öldü, 100-dən çox insan yaralandı.  

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılmışdı.  

15.07.2016 - Türkiyədə hərbi çevrilişə cəhd oldu. Dövlət çevrilişinə cəhd zamanı 290 nəfər öldü, 1400 nəfər yaralandı. Lakin çevriliş baş tutmadı. 

21.07.2016 - Türkiyədə 3 aylıq fövqəladə vəziyyət elan edildi. Türkiyə prezidenti bildirdi ki, fövqəladə vəziyyət elan etməkdə məqsəd hüquq və azadlıqları məhdudlaşdırmaq deyil, əksinə, hüquq və azadlıqları qorumaqdır.

20.08.2016 - Nyu-Yorkda ABŞ-ın məhşur Azadlıq heykəlini ildırım vurdu.

21.08.2016 - Türkiyənin Suriya ilə sərhəddə yerləşən Qaziantep şəhərində toy mərasimində törədilən partlayış nəticəsində 50 nəfərə öldü. Xeyli sayda insan yaralandı.

23.08.2016 - İtaliyada güclü zəlzələ oldu. Hadisə nəticəsində 250 nəfər öldü, 365 nəfər yaralandı. 

24.08. 2016 - Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriyanın Cerablus bölgəsini İŞİD-dən təmizləmək üçün  “Fərat Qalxanı” əməliyyatına start verdi.

24.08.2016 - Dünyanın ən böyük hava gəmisi "Airlander 10" İngiltərədə qəzaya uğradı. Hava gəmisinin uzunluğu 92 metr idi. Onun hazırlanmasına Britaniya hökuməti təqribən 3,7 milyon dollar vəsait sərf etmişdi. 

02.09.2016 - Özbəkistan prezidenti İslam Kərimov vəfat etdi. İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə doğulub. 1989-cu ildə Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilib, sonra Özbəkistan SSR-in prezidenti, SSRİ dağıldıqdan sonra isə müstəqil Özbəkistanın prezidenti olub. 

09.09.2016 - "Əl-Nüsrə Cəbhəsi"nin Suriyadakı lideri öldürüldü. "Əl-Qaidə"yə bağlı Suriya qruplaşmasının bu ölkədəki hərbi komandiri hava zərbəsi nəticəsində qətlə yetirilib.

09.09.2016 - Benində zibillikdə baş verən partlayış nəticəsində 100-ə yaxın insan həlak oldü, 200 nəfər xəsarət aldı. 

28.09.2016 - İsrailin sabiq prezidenti Şimon Peres sentyabrın 28-nə keçən 94 yaşında vəfat etdi.  Belarusda anadan olmuş Şimon Peres iki dəfə İsrailə rəhbərlik edib. Şimon Peres (həmçinin İsrailin o zamankı prezidenti İtshak Rabin və Fələstin lideri Yasir Ərəfat) 1993-cü ildə Nobel sülh mükafatına layiq görülüb.  

03.10.2016  - Estoniyada ilk dəfə prezident vəzifəsinə qadın seçildi .Kersti Kalyulayd parlamentdə keçirilən səsvermə zamanı 81 deputatın dəstəyini qazandı. Seçki zamanı onun alternativi yox idi.

06.10.2016 - Slovakiyanın ilk prezidenti vəfat etdi. Slovakiya Respublikasının 1993-1998-ci illərdə ali dövlət vəzifəsini tutmuş birinci prezidenti Mixal Kovaç oktyabrın 5-i Bratislavada vəfat erdi.

Qeyd edək ki, 87 yaşlı Mixal Kovaç uzun müddət idi parkinson xəstəliyindən əziyyət çəkirdi. 

06.10.2016 - Haiti adasında “Metyu” qasırğası baş verdi. Qasırğa nəticəsində yüzlərlə insanın həyatını itirməsi ilə əlaqədar  ölkədə 3 günlük matəm elan edildi. Təbii fəlakətlə əlaqədar oktyabrın 9-na  təyin edilmiş prezident və parlament seçkiləri  təxirə salındı. Dağıdıcı qasırğadan sonra Haitidə vəba xəstəliyi sürətlə yayılmağa başladı.

Qeyd edək ki, “Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.  

13.10.2016 - Tayland kralı Bhumibol Adulyadej vəfat etdi.  Xatırladaq ki, B.Adulyadej 1946-cı ildən Tailanda rəhbərlik edirdi.

13.10.2016 - BMT-nin yeni baş katibi seçildi. Yeni baş katib portuqaliyalı siyasətçi Antoniu Qutterişdir. O, vəzifəsinin icrasına yanvarın 1-dən başlayacaq və 2021-ci il dekabrın 31-nə kimi bu vəzifədə qalacaq. 

24.10.2016 - Qətər əmiri  Xəlifə bin Xamad əl-Tani 85 yaşında dünyasını dəyişdi. Ölkədə 3 günlük matəm elan olundu. Xatırladaq ki, Əmir Xəlifə bin Xamad əl-Tani 1972-ci ildən 1995-ci ilə kimi ölkəni idarə edib.

27.10.2016 - Yaponiya şahzadəsi vəfat etdi. Yaponiya imperatoru Akihitonun əmisi, şahzadə Mikasa 101 yaşında dünya ilə vidalaşıb.

31.10.2016 - Salvadorun sabiq prezidenti həbs edildi. Sabiq prezident Toni Saka qanunsuz yolla varlanmaqda və çirkli pulların yuyulmasında təqsirli bilinib. Saka idman radiosunun sabiq aparıcısı olub və 2004-2009-cu illər arası Millətçi Respublikaçı Alyans Partiyasından namizəd kimi seçkiyə qatılıb və prezident vəzifəsinə seçilib.

14.11.2016 - Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda Moldova Respublikasının Sosialist Partiyasının (MRSP) lideri İqor Dodon qalib gəldi.

14.11.2016 - Bolqarıstanda yeni prezidenti seçildi. Prezident seçkilərinin ikinci turunda Bolqarıstan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev qalib gəldi.

26.11.2016 - Kuba inqilabının lideri Fidel Kastro 90 yaşında vəfat etdi. İnqilabçı, dövlət, siyasət və partiya xadimi olan Fidel Kastro 1959 -2011-ci illərdə Kubaya rəhbərlik edib.

28.11.2016 - Səudiyyə Ərəbistanına qar yağdı.  Səudiyyə Ərəbistanının şərqində və mərkəzində havanın temperaturu sıfır dərəcədən aşağı düşdü. 

06.12.2016 - Fransanın yeni baş nazirinin adı məlum oldi. Fransa baş naziri postuna daxili işlər naziri Bernar Kaznev təyin olundu. 

11.12.2016 - İstanbulun mərkəzində, Beşiktaş rayonunda dəhşətli terror aktı törədildi. Nəticədə 38 nəfər öldü, 155 nəfər yaralandı.

19.12.2016 - Ankarada Rusiya səfirinə silahlı hücum edildi. Hadisə Ankara Müasir Sənət Mərkəzindənki sərginin açılışı zamanı baş verdi. 8 güllə yarsı alan Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldü.

25.12.16 - Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi qəzaya uğradı. Təyyarədə 83 sərnişin və 8 heyət üzvü var idi. Onların hamısının həlak olduğu deyilir. Təyyarə Suriyanın Latakiya bölgəsinə uçurmuş. Layner havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib. 

Xəyalə Məmmədova / ATV.az

BUNU DA OXU

Bakıda ən bahalı oyuncaq - qiyməti 16 000 manatdır - FOTOLAR
Qələbə qazandıq, lakin - Kikboksinqimizin canlı əfsanəsi məğlub oldu
Məşhur müğənninin oğlu intihar etdi
FİFA-dan tənqidlərə cavab gəldi
Milli Qvardiyada xidmət etmiş nazir müavini kimdir? - Onu tanıyaq
Xəbər lenti

Baş tutmayan məkrli plan - “Xalqımız dövlətə bağlı olduğunu bir daha göstərdi” - VİDEO
23:30 14.07.2018

Təxribatın ssenarisi - Yaxud Gəncə hadisələrinin kökündə nə durur? - VİDEO
23:00 14.07.2018

DÇ-2018 - Bürünc medalın sahibi məlum olub
20:00 14.07.2018

Hollivud ulduzu Bakıya gələcək
19:35 14.07.2018

Abşeronda narkotik vasitə aşkarlanıb - Bir nəfər saxlanıb
19:10 14.07.2018

Nigar Camal növbəti cəsarətli paylaşım etdi - növbəti tənqidlərlə üzləşdi - FOTOLAR
18:50 14.07.2018

Avotomobil ağaca çırpılıb - Bir nəfər ölüb, xəsarət alan var
18:31 14.07.2018

Azərbaycanda kafedra müdiri vəfat etdi
18:12 14.07.2018

Demet Akalının əri müflis oldu?
17:50 14.07.2018

Ermənistanda vəziyyət yenə gərginləşir - II Qaragenin istefası tələb olunur
17:30 14.07.2018

Bərdədə ev yanıb - Ev sahibi yanğının qəsdən törədildiyini iddia edir - FOTOLAR
17:10 14.07.2018

Sylvester Stallone milyonluq yaxtasında - FOTOLAR
16:50 14.07.2018

Müdafiə naziri müşavirə keçirdi - Hərbi hissələrin mühafizəsi gücləndiriləcək
16:30 14.07.2018

Bəzi rayonlarda şimşək çaxacaq, yağış yağacaq
16:08 14.07.2018

Ayrılmadıqlarını belə sübut etdilər - FOTOLAR
15:49 14.07.2018

Günay yenə dəyişdi - FOTOLAR
15:27 14.07.2018

Ramil Usubov bütün rəisləri Bakıya çağırıb
15:05 14.07.2018

Sürücülərin xeyrinə qərar qəbul edildi
14:47 14.07.2018

Gəncə iğtişaşları - 3 şübhəli saxlanıldı
14:25 14.07.2018

"Çelsi"nin yeni baş məşqçisi rəsmən açıqlandı
14:04 14.07.2018

Tarkan ata oldu - FOTOLAR
13:45 14.07.2018

Bakıda ən bahalı oyuncaq - qiyməti 16 000 manatdır - FOTOLAR
13:32 14.07.2018

Sabah deputatlar tətilə çıxacaqlar
13:22 14.07.2018

Goranboyda traktor aşdı - Xəsarət alanlar var
13:08 14.07.2018

Bakıda liftin trosu qırıldı, 6 nəfər şaxtaya düşdü
13:00 14.07.2018

Azərbaycan əhalisinin sayı nə qədərdir?
12:39 14.07.2018

Tanınmış aparıcı həyat yoldaşına belə dəstək oldu - VİDEO
12:25 14.07.2018

Selena 17 yaşlı oğlanla sevgili oldu - FOTOLAR
12:16 14.07.2018

Evində F-1 qumbarası aşkarlanan Tovuz sakini kimdir? - FOTOLAR
11:58 14.07.2018

Heydər Əliyev fenomeni: dünəndən bu günümüzə, bu gündən sabahımıza salınan körpülər
11:45 14.07.2018

Ölü sayı durmadan artır - Yaponiya hökuməti çarəsizdir
11:38 14.07.2018

DÇ-2018 - İlk mükafatçı kim olacaq?
11:18 14.07.2018

Qaxdan Balakənə işləməyə gələn sakin vəfat edib - SƏBƏB?
10:59 14.07.2018

"Kuboku biz qazanacağıq" - Qrizmann
10:40 14.07.2018

Könül Kərimova istirahətdə
10:20 14.07.2018

Dövlət Departamenti: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir
10:00 14.07.2018

Ermənistanın növbəti iflası - Paşinyan Brüsseldən əliboş döndü - VİDEO
23:34 13.07.2018

“Məqsəd sabitliyi pozmaqdır” - F. Nurullayev: “Gəncə hadisələrinin dinlə əlaqəsi yoxdur” - VİDEO
23:15 13.07.2018

Uğursuz ssenari - Yaxud kimlər dini qarşıdurma yaratmaq istəyir? - VİDEO
23:00 13.07.2018

Qələbə qazandıq, lakin - Kikboksinqimizin canlı əfsanəsi məğlub oldu
20:30 13.07.2018

Namiq Qaraçuxurlunu təklədilər - VİDEO
19:50 13.07.2018

Samirə Əfəndi "Bir axşam"da - "Я танцую" - VİDEO
19:27 13.07.2018

Neymar "PSJ"-də qalsa... - Messi qədər qazanacaq
19:07 13.07.2018

Sabaha olan hava proqnozu açıqlanıb
18:48 13.07.2018

Rəşad Böyükkişiyevin hadisədən əvvəl ailə üzvlərini və yaxınlarını ölkədən çıxardığı məlum olub
18:30 13.07.2018

Prezident Gəncədə həlak olan polis zabitlərini ordenlə təltif edib
18:12 13.07.2018

Səmranın ombasını göstərdiyi şəkil tənqid edildi - FOTOLAR
17:55 13.07.2018

Müğənni Bakı bulvarında ilan çəkdi - VİDEO
17:34 13.07.2018

"Çelsi" Kontenin gedişini rəsmən təsdiqlədi
17:15 13.07.2018

Çıxarış almaq asanlaşdı - Layihəyə Ceyranbatan qəsəbəsindən start veriləcək
16:58 13.07.2018

Prezident: Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər
16:37 13.07.2018

21nəfər barədə cinayət işi başlanıb - 3 nəfər həbs edilib
16:19 13.07.2018

"Qəbələ" - "Proqres" - FOTOLAR
16:00 13.07.2018

240 min 644 it peyvənd olunub
15:39 13.07.2018

Maradona : "Bütün problemi Messinin çiyinlərinə qoymaq olmaz"
15:20 13.07.2018

Sonuncu şam yeməyi - Qax sakini son tikəni uda bilmədi
15:01 13.07.2018

Qəbələdə ağır yol qəzası - Çoxsayda xəsarət alan var
14:42 13.07.2018

"Səni rüsvay etməsəm, mənə Xatun deməsinlər" - Məşhurlar arasında qalmaqal boyüyür
14:20 13.07.2018

Sürücülərin diqqətinə! - Daha bir yolda dəyişiklik edilir
14:00 13.07.2018

Madurodan növbəti xəbərdarlıq - “ABŞ sərhəddə təxribat hazırlayır”
13:41 13.07.2018

Minik maşını ağaca çırpılıb - Bir ailənin 3 üzvü və digər iki nəfər xəsarət alıb
13:20 13.07.2018

Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib
13:05 13.07.2018

Çində müəmmalı partlayış: 19 ölü var
12:54 13.07.2018

Seren Serengil hamilədir
12:35 13.07.2018

Prezident İlham Əliyev İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12:30 13.07.2018

Şirvanda qətl törətdi, Mingəçevirdə ələ keçdi
12:16 13.07.2018

Aygün Kazımova "Zaurla Günaydın"da - "Mən Aygünəm" - VİDEO
11:55 13.07.2018

Mikroavtobus aşdı, 10 nəfər xəstəxanalıq oldu - SALYANDA
11:35 13.07.2018

Avropa Liqasında günün nəticələri
11:18 13.07.2018

Gəncə cinayətinin iştirakçılarından 11 nəfər tutulub, 1 nəfər məhv edilib
10:59 13.07.2018

Gəncədə yüksək rütbəli polis zabitlərini qətlə yetirdiyinə görə axtarışa verilən şəxslərdən biri zərərsizləşdirilib
10:40 13.07.2018

Gülay Zeynallı "10-dan sonra"da - "Nə gözəldir ilk bahar" - VİDEO
10:22 13.07.2018

Bu da azərbaycanlı müğənninin yeni doğulan övladı - FOTOLAR
10:00 13.07.2018

Təxribatçı informasiya resursları - Haradan idarə olunur və məqsəd nədir? - VİDEO
23:30 12.07.2018

Gəncə hadisələrinə vətəndaş münasibəti - “Azərbaycanın inkişafına mane olmağa çalışırlar” - VİDEO
23:00 12.07.2018

TBMM-in yeni sdəri seçilib
19:10 12.07.2018

Sarqsyanın qardaşı oğlu həbs olundu Hayk Sarqsyan sui-qəsdə cəhddə ittiham edilir - VİDEO
18:50 12.07.2018

Azərbaycanlı müğənni ikinci dəfə ata oldu
18:30 12.07.2018

Avropa Liqasında bu gün - "Qəbələ", "Neftçi" və "Keşlə" sınaq qarşısında
18:30 12.07.2018

Həmsədrlər bəyanat yaydı - XİN rəhbərləri yenidən görüşəcəklər
18:10 12.07.2018

Bütün xəbərlər