Start Stop / 20.09.2025
Kia Sportage ilə Hyundai Tucson qarşı-qarşıya! Əsl müqayisə!
Bu həftəki verilişimizdə Hyundai Tucson 1.7L CRDi (2017) və Kia Sportage 2.0L CRDi (2017) modellərini müqayisə edirik. Hər iki SUV güclü dizel mühərriki, komfortlu salonu və müasir texnologiyaları ilə seçilir. Şəhər şəraitində sürüş təcrübəsi, yanacaq sərfiyyatı, dizayn və rahatlıq baxımından hansının daha üstün olduğunu birlikdə araşdırırıq.
Videoda nələr var?
- Hyundai Tucson 1.7 CRDi test və təcrübə
- Kia Sportage 2.0 CRDi test və təcrübə
- Hansı SUV daha qənaətcil və güclüdür?
- Avtomobillərin üstünlükləri və çatışmazlıqları